"Azəriqaz" İB-nin baş direktoru bu dəfə Cəlilabad rayonunda vətəndaşları dinlədi

14 Mart 2025

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun mart ayı üzrə vətəndaş qəbulu Cəlilabad rayonunda baş tutub. Cənub bölgəsinin müxtəlif rayonlarından görüşə gələn 100-ə yaxın vətəndaşdan ümumilikdə 72 müraciət dinlənilib. Bunlar da əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi və işə qəbul ilə bağlı olub. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

light-logo