Xətai rayonunun bir küçəsinin qaz təchizatı müvəqqəti dayandırıldı

14 Mart 2025

Xətai rayonu, Lütvi Zadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasını ləğvi məqsədilə 14.03.2025-ci il saat 10:40-dan etibarən qaz təchizatı dayandırılıb. Qaz təchizatı dayandırılan müddətdə Lütvi Zadə küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb. Təmir- bərpa işləri hal-hazırda davam edir.

light-logo