Xaçmaz RQİİ-nin rəhbərliyi Quba rayonunda vətəndaş qəbulu keçirdi
"Azəriqaz" İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Azər Abasovun iştirakı ilə 05.02.2025-ci il tarixində Quba rayonunda vətəndaş qəbulu baş tutub. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, sahibkarlara məxsus ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Bir sıra məsələlər yerində baxılaraq öz həllini tapıb.