Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
Natamam yanma və təmiz hava axınının təmin edilməməsi dəm qazı yaradır. Hər an izsiz, duyğusuz qatilə çevirilib həyatımıza qəsd etməyə hazırdır... Zərərli, təhlükəli, uyğunsuz, məqbul sayılmayan yerlərdə su qızdırıcı qurğular quraşdırılmamalıdır. Axımlı su qızdırıcılarının natamam yanma prosesi zamanı yaratdığı dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, havadan yüngül qazdır. Yanma prosesində pozulma nəticəsində əmələ gəldiyi üçün qazla işləyən su qızdırıcıları standartlara uyğun olmalı və mövcud tələblərə əsasən vanna otaqlarında quraşdırılmamalıdır. Dəm qazının əsas yaranma səbəblərindən olan axımlı su qızdırıcılarında natamam yanma prosesinə bir neçə amil səbəb olur. Əsas səbəb, tüstü bacasının olmaması və ya cihazın doğru-düzgün quraşdırılmaması, qaz qurğusunda olan qüsurlar, istismar müddətinin başa çatması, habelə qurğunun yerləşdiyi məkanın ölçülərinin texniki-normativ tələblərə uyğun olmamasıdır. Deməli, el arasında daha çox “pyatiminutka” kimi tanınan axımlı su qızdırıcıları vanna otaqlarından yığışdırılarsa, dəm qazından boğulma hallarından qurtulmuş olarıq.
Axımlı su qızdırıcılarının mətbəxdə quraşdırılması daha məqsədəuyğundur. Bu halda mətbəxin həcmi mütləq nəzərə alınmalıdır:
- Dördgözlü qaz plitəsindən istifadə edilirsə, buna görə 15 kubmetr, əlavə olaraq axımlı su qızdırıcısı (pyatiminutka) üçün 6 kubmetr;
(21 kubmetr)
- Üçgözlü qaz plitəsindən istifadə edilirsə, 12 kubmetr, axımlı su qızdırıcısı varsa, əlavə 6 kubmetr
- (18 kubmetr)
- İkigözlü qaz plitəsindən istifadə edilirsə, 8 kubmetr, axımlı su qızdırıcısına görə əlavə olaraq 6 kubmetr həcm tələb olunur
- (14 kubmetr)
Fərdi yaşayış evlərində açıq hava şəraitində bu standartlar tələb olunmur.
Qaz təsərrüfatına aid hər hansı bir problemlə üzləşsəniz, 104 Çağrı Mərkəzinə zəng etməyiniz yetər.
Ətraflı: https://youtu.be/bobIgZcAb3g?si=aWEdcG-o689S2eH3
Digər xəbərlər
Gəncə RQİİ-nin nümunəvi işçiləri təltif edildi