"Azəriqaz” İB-də "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib
SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyində "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib. "Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi Birlik əməkdaşlarının narkomaniya və psixotrop maddələrlə mübarizə mövzusunda maarifləndirilməsindən ibarət olub. Çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyandan, narkomaniya ilə mübarizədən söz açıblar. Məlumat üçün bildirək ki, sözügedən deviz altında görüşlər yalnız Birliyin İdarəetmə aparatında deyil, silsilə şəkildə Regional qaz istismarı İdarələrində də təşkil olunur.