SOCAR-ın “Azəriqaz” İB-də Gənclər Günü münasibətilə "Nə? Harada? Nə vaxt?" intellektual bilik yarışı keçirildi

03 Fevral 2025

2 fevral-Gənclər Günü münasibətilə növbəti dəfə "Nə? Harada? Nə vaxt?" intellektual bilik yarışması baş tutub. Birliyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda hər birində 6 nəfər olmaqla ümumilikdə 12 komanda mübarizə aparıb. Gərgin keçən zəka mübarizəsinin əsas hissəsində Birliyin “Altı oğul istərəm” kollektivi yarışın qalibi olub. “Operativ oğlanlar” komandası bu dəfə ikinci yerə çıxıb. Ən güclü üçlüyü hər dəfə olduğu kimi bu dəfə də “İstismarçılar” kollektivi tamamlayıb. Qaliblər sonda kubok, medal və hədiyyələrlə təltif olunub.


Ətraflı video materialda:
https://youtu.be/rL4XW5M5Ffw?si=iXIPm9XT3pJfZHoP

light-logo