Abonentlərin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq
“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Ağdam-Əsgəran” yüksək təzyiqli magistral qaz kəmərinin 14457 p/m hissəsinin qaznəqli şəbəkəsinə birləşdirilməsi ilə bağlı 04.02.2025-ci il saat 09:00-dan etibarən işlər başa çatanadək “Xankəndi” və “Xocalı” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaznəqli sistemində nəzərdə tutulan quraşdırma işləri aparılan müddətdə Xankəndi və Xocalı şəhərlərinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Həmçinin paytaxtın Xəzər rayonu, "Atçılıq" orta təzyiqli qaz kəmərinin üzərində quraşdırılmış tənzimləyicinin əvəz olunması və qoruyucu klapanın quraşdırılması, Nizami rayonu, Şərifli 94 küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 04.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri görülən müddətdə Xəzər rayonu üzrə Atçılıq yaşayış massivinin, Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov küçələrinin, Binəqədi rayonu üzrə isə İ.Dadaşov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.